Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2020 07:06
İngiltərənin "Mançester Siti" futbol klubu evdə Çempionlar Liqasının 1/8 final mərhələsinin ikinci matçında İspaniyanın "Real" komandasına 2-1 hesabı ilə qalib gəlib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, turnir pandemiyanın səbəb olduğu fasilədən sonra yenidən bərpa olunub.
"Mançester Siti" həyətində qolları Rahim Sterlinq (9-cu dəqiqə) və Qabriel Jezus (68) vurub. "Real"dan qolu Kərim Benzema vurdu (28-ci dəqiqə).
Qeyd edək ki, ilk görüş Madriddə baş tutub və 2:1 hesabı ilə İngiltərə klubunun xeyrinə başa çatıb.