Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hələ yolun 50 faizini keçməmişik” – Riad Rəfiyev

“Hələ yolun 50 faizini keçməmişik” –  Riad Rəfiyev

Tarix: 23 Aprel 2019 21:48

“Sumqayıt”ın prezidenti Riad Rəfiyev Azərbaycan kubokunun yarımfinalının “Zirə” ilə ilk oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın məlumatına görə, o, qeydə alınan nəticənin hələ heç nə vəd etmədiyini deyib.

- Nəticə sizi razı saldı?

- Bu kubok matçıdır. Nəticədən razı qalıb-qalmadığımızı bir oyunla deyə bilmərik. İkinci qarşılaşmaya uyğun olaraq demək olar ki, yaxşı idi, ya pis. Hələ nəsə demək tezdir.

- Meydanda göstərilən mübarizə sizi cavab qarşılaşmasında lazım olan nəticəni qazanmağınıza inandırır?

- Belə deyim, inam olmasa, biz də burada olmamalıyıq. Uşaqlara, özümüzə sonadək inanırıq. Əlimizdən gələni edəcəyik. Qol buraxmamaq yaxşıdır.

- Klublar Komitəsinin iclasından sonra demişdiniz ki, finalın Naxçıvanda yox...

- Tam elə olmamışdı. Sadəcə, klublar bəzi nüansları bilmək istəyirdilər. Orada kimsə Naxçıvanda oynamaq istəmirik deyə narazılığını bildirmədi. Təşkilati cəhətdən suallar var idi.

- Bunlara aydınlıq gəldi?

- Yəqin aydınlıq gəlib ki, matçı Naxçıvanda təyin ediblər. Bu artıq Klublar Komitəsinin işi deyil, PFL-in məsələsidir.

- Digər yarımfinal cütündə “Qəbələ”nin “Qarabağ”a qalib gəlməsi sizi təəccübləndirdi?  Finaldakı rəqibinizin "Qarabağ"ın olmasını istərdiniz, yoxsa "Qəbələ”nin?

- Biz hələ heç finala çıxmamışıq. Yolun 50 %-ni də keçməmişik. Ona görə də, bu barədə danışmaq yersizdir.

 


Etiketlər:  Hələ yolun faizini keçməmişik Riad Rəfiyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ