Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Erməni idmançını udmaq çox sevindiricidir'' - Mehman Xəlilov

''Erməni idmançını udmaq çox sevindiricidir'' -  Mehman Xəlilov

Tarix: 23 Iyun 2019 10:52

"Erməni idmançıya qalib gəldiyim üçün sevincliyəm. Düşmən ölkənin idmançısına qalib gəlmək çox sevindirici haldır. Görüş çox çətin olmadı. Onunla görüşdən əvvəl də qalib gələcəyimə əmin idim. Allahın köməkliyi ilə qalib gəldim".

Bu sözləri erməni idmançısı Maksim Manukyanı məğlub edərək Azərbaycana 2-ci Avropa Oyunlarında ilk bürünc medalı qazandırmış Mehman Xəlilov bildirib.

O, erməni idmançısı ilə qarşılaşmada motivasiyaya ehtiyacının olmadığını qeyd edib:

"Məşqçinin əlavə motivasiya verməyinə hər zaman ehtiyac var. Amma rəqibim düşmən ölkədən olduğu üçün ikiqat motivasiyam vardı. Güləşdən sonra əlimi sıxmadı? Hə, nəsə uduzmağından narazı idi. Nəsə uduzmağı ilə barışa bilmirdi.

Mənim atdığım dörd xala etiraz bildirdilər. Amma hakimlər təkrara baxdıqdan sonra gördülər ki, dörd xallıq fənddir. Rəqibim erməni olduğu üçün ilk dəqiqələrdə həyəcan vardı. Amma adam get-gedə açılışır.

Karyeramda daha əvvəl də belə hal olub. İki döyüşə bürünc medal qazanmışam. Bu dəfə təsəlliverici yarışda rəqibim olmadığı üçün birbaşa bürünc medal görüşündə çıxış etdim. Allaha şükür ki, qələbə qazandım".(Report)

 


Etiketlər:  Erməni idmançını udmaq çox sevindiricidir Mehman Xəlilov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ