Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda COVID-19 xəstələri üçün xəstəxanada baş verən yanğında 7 nəfər öldü

Hindistanda COVID-19 xəstələri üçün xəstəxanada baş verən yanğında 7 nəfər öldü

Tarix: 9 Avqust 2020 12:48

Bakı. Trend:

Hindistanın Andhra Pradeş şəhərində COVID-19 xəstələri üçün xəstəxana kimi istifadə edilən oteldə ən az 7 nəfər yanğın nəticəsində ölüb.

Trend-in məlumatına görə, bu barədə "NDTV" telekanalı bildirib.

Bildirilib ki, hadisə səhər saat 5:00 radələrində baş verib. 20-yə yaxın xəstə xəstəxanalara köçürülüb.

İlkin versiyaya görə, yanğın qısa qapanma səbəbindən baş verib.

Hadisə nəticəsində 20 nəfərə yaxın xəsarət alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.


Etiketlər:  Hindistanda COVID xəstələri üçün xəstəxanada baş verən yanğında nəfər öldü


RƏYLƏR