Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2020 12:03
Bakı. İlhamə İsabalayeva - Trend:
2020-2021-ci tədris ilində peşə təhsili üzrə qəbul planına 8 260 yer ayrılıb.
Trend-in məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib. O bildirib ki, həmin yerlərin 11 040 -ı dövlət , 7220 -i ödənişli əsaslarla həyata keçirələcək.
P.Yusifov əlavə edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2020-2021-ci tədris ilində müvafiq sosial həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin yarısı dövlət hesabına qarşılanacaq.