Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hoqland “Amerikanın Səsi”nə müsahibəsində fikrinin təhrif olunmasını Trend-ə şərh edib

Hoqland “Amerikanın Səsi”nə müsahibəsində fikrinin təhrif olunmasını Trend-ə şərh edib

Tarix: 10 Avqust 2020 14:42

Bakı. Ləman Zeynalova - Trend:

ATƏT Minsk qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland “Amerikanın Səsi” radiosunun Ermənistan xidmətinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərinin təhrif olunmasını Trend-ə şərh edib.

O deyib: “İlk növbədə qeyd etmək lazımdır ki, mənim “Amerikanın Səsi”nin Ermənistan xidmətinə müsahibəm, Trend-ə indi verdiyimi müsahibə kimi ingilis dilində idi. Daha dəqiq olmaq üçün, mən dedim ki, "fikrimcə BMT protektoratlığı yaradıla bilər", yaradılmalıdır demədim. Bu, mümkün variantlardan biridir. İkincisi, vurğulamaq istərdim ki, mən ABŞ-ın məlumatlı vətəndaşı kimi danışırdım. Mən nə ABŞ hökumətinin adından, nə də hazırda İdarə heyətinin üzvü olduğum “Caspian Policy Center”in adından danışmırdım”.


Etiketlər:  Hoqland Amerikanın Səsinə müsahibəsində fikrinin təhrif olunmasını Trend şərh edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ