Tarix: 23 Iyun 2019 17:16
Belarusun paytaxtı Minskdə davam edən II Avropa oyunlarının cüdo yarışlarında bu gün maraqlı hadisə yaşanıb.Qol.az xəbər verir ki, eyni çəki (73 kq) dərəcəsində mübarizə aparan idmançılarımızın hər ikisi - Rüstəm Orucov və Hidayət Heydərov erməni idmançısı Ferdinand Karapetyana qalib gəlib. Əvvəlcə Rüstəmin 1/4 finalda məğlub etdiyi Karapetyan ardınca bürünc medal uğrunda təsəlliverici görüşdə Hidayətə uduzub.
Qeyd edək ki, bu gün Orucov finalda, Heydərov isə bürünc medal uğrunda mübarizə aparacaq.