Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi

“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi

Tarix: 10 Avqust 2020 19:09

Prezident İlham Əliyev "İcra məmurları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Qanuna əsasən, "İcra məmurları haqqında" Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:

12-ci maddənin dördüncü-altıncı hissələri müvafiq olaraq beşinci-yeddinci hissələr hesab olunur və həmin maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilir:

"Müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.".

Həmçinin, 13-cü maddənin birinci hissəsinin birinci cümləsində "büdcəsi," sözü "büdcəsi və icra xidməti" sözləri ilə əvəz edilir, ikinci cümləsinə isə "büdcəsi" sözündən sonra "və bu Qanunun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulan vəsait" sözləri əlavə edilir.


Etiketlər:  İcra məmurları haqqında Qanuna dəyişiklik edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ