Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniyada tamaşaçılar stadiona buraxılmayacaq

Almaniyada tamaşaçılar stadiona buraxılmayacaq

Tarix: 11 Avqust 2020 08:54

Almaniya çempionatında yeni mövsüm boş tribunlar önündə başlayacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, tribunaların qismən də olsa açılmasına nail olmağa çalışan Almaniya Futbol Liqasının müraciətinə qənaətbəxş cavab alınmayıb.

Ayrı-ayrı federal torpaqların səhiyyə nazirləri və hökumətlərinin iştirakı ilə keçirilən konfransda futbol qurumunun müraciəti müzakirə edilib. Nazirlər alkoqol satışının qadağan edilməsi, ayaqüstü yerlərin bağlı qalması, biletlərin fərdiləşməsi, qonaq azarkeşlərin buraxılmaması kimi şərtləri müsbət qiymətləndirsə də, oktyabrın 31-dən tez stadionlara tamaşaçı buraxılmayacağını bəyan edib.

Qeyd edək ki, Bundesliqa koronavirus pandemiyası ilə bağlı fasilədən sonra mayda bərpa olunaraq sona çatdırılıb. Yeni mövsümün startı isə sentyabrın 18-nə planlaşdırılıb.

Milli.Az


Etiketlər:  Almaniyada tamaşaçılar stadiona buraxılmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ