Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 09:24
Belçikalı futbolçu Romelu Lukaku Avropa Liqasının tarixinə düşüb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, forvard turnirin tarixində meydana çıxdığı ardıcıl 9 oyunda qol vuran ilk futbolçu olub.
O, İtaliya "İnter"inin "Bayer"lə hazırda davam edən 1/4 final matçında seriyasını 9-a çatdırıb. Lukaku Milan klubu ilə meydana çıxdığı 4 görüşün hərəsində bir qol vurub. Bundan əvvəl "Everton"la Avropa Liqasında oynamış hücumçu 5 matçda 8 dəfə fərqlənmişdi. Bu, 2014/15 mövsümündə baş verib.
Lukaku həm də "İnter"in tarixinə düşüb. O, Milan təmsilçisinin heyətində ardıcıl 6 avrokubok görüşündə qol sevinci yaşayan ilk futbolçudur. Bu 6 matçdan ikisi Çempionlar Liqası, dördü Avropa Liqasında baş tutub.