Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 14:57
Bakı. Trend:
Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən 1535 manat dəyərində qızıl-zinət əşyaları, noutbuk və qol saatı oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Samir İsmayılov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis idarəsində ifadə verən zaman o, paytaxtda 30-a yaxın məznildən oğurluq etdiyini etiraf edib. Qeyd edək ki, Samir İsmayılovun oğurluq etmə anı mənzillərin bəzilərinin dəhlizlərdə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb.
Saxlanılan şəxs oğurluq zamanı əldə etdiyi qızl-zinət əşyalarının bir qismini Sumqayıt şəhərində dəyər dəyməzinə satıb.
Qeyd olunan faktlarla bağlı şəxslər barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa Bakı şəhər Baş Polis İdarəsi və ya DİN-in “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.