Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazirlik: "Opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi üçün iş aparılır"

Nazirlik:

Tarix: 12 Avqust 2020 11:48

Opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. 

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı Dövlət  Miqrasiya Xidmətinə müraciət olunub. 

"Onun nəşinin vətənə gətirilməsi üçün şəxsi pasport məlumatlarına ehtiyac var. O, sonuncu dəfə 2000-ci ildə pasport alıb. Arxiv məlumatlarını əldə etdikdən sonra müvafiq sənədlər toplanılaraq İtaliyanın Azərbaycandakı səfirliyinə müraciət olunacaq", - deyə məlumatda qeyd olunur. 

Qeyd edək ki, İtaliyada çalışan opera müğənnisi Eldar Əliyev avqustun 4-də Milan şəhərində 49 yaşında vəfat edib. 

Milli.Az


Etiketlər:  Nazirlik Opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi üçün aparılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ