Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zidan "Real"ın rəhbərliyindən Kurtuanı transferə çıxarmağı istəyib

Zidan

Tarix: 24 Aprel 2019 00:48

Bakı. Trend:

"Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan Madrid klubunun rəhbərliyindən belçikalı qapıçı Tibo Kurtuanı transferə çıxarmağı xahiş edib.

Trend-in məlumatına görə, məşqçi ümidlərini 2014-cü ildən klubun qapılarının qoruyan Kosta Rikalı qapıçı Keylor Navasa bağlayır.

Qeyd edək ki, Kurtua 2018-ci ilin avqust ayında İngiltərənin "Çelsi" komandasından 6 illik müqavilə imzalayaraq "Real Madrid"ə keçib. Qapıçının transferinə görə "Real" 35 milyon avro ödəyib.

Kurtua bütün turnirlərdə 32 oyun keçirib və qapısından 42 qol buraxıb.


Etiketlər:  Zidan Realın rəhbərliyindən Kurtuanı transferə çıxarmağı istəyib


RƏYLƏR