Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hakan Çalkanoğlu Premyer Liqa nəhənginin hədəfində

Hakan Çalkanoğlu Premyer Liqa nəhənginin hədəfində

Tarix: 12 Avqust 2020 20:32

"Milan"da göstərdiyi performansla diqqətləri üzərinə çəkən Hakan Çalkanoğlu İngiltərə Premyer Liqası klubunun maraq dairəsindədir.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, "Qırmızı Şeytanlar" 2021-ci ildə "Milan"la müqaviləsi başa çatan Hakan Çalkanoğlunu heyətinə qatmaq istəyir.

Futbolçunun meneceri Gordon Stipik isə önümüzdəki günlərdə "Milan" rəhbərliyi ilə müqavilənin uzadılması barədə danışıqlar aparacaq.

Mövsümü 66 xalla altıncı pillədə bitirən "Milan"nın uğurunda Hakan Çalkanoğlunun böyük rolu olub. Belə ki, pandemiyadan sonra baş tutan matçlarda 6 qol və 8 məhsuldar ötürmə edən futbolçu 2019-2020 mövsümünü ümumilikdə 9 qol və eyni sayda ötürmə ilə başa vurub.

Milli.Az


Etiketlər:  Hakan Çalkanoğlu Premyer Liqa nəhənginin hədəfində


RƏYLƏR