Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu yolda xətlənmə işləri aparılacaq

Bu yolda xətlənmə işləri aparılacaq

Tarix: 13 Avqust 2020 10:12

Bakı. Trend:

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 26-76-cı km-lik hissəsində (hər iki istiqamət) 13-15 avqust tarixlərində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Agentlik sürücülərdən sözügedən istiqamətdə qeyd olunan tarixlərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının və yol hərəkəti qaydalarının tələblərinə riayət etməyi xahiş edir.


Etiketlər:  Bu yolda xətlənmə işləri aparılacaq


RƏYLƏR