Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kəpəz” rəhbərliyi Yaşar Vahabzadə ilə görüşdü

“Kəpəz” rəhbərliyi Yaşar Vahabzadə ilə görüşdü

Tarix: 13 Avqust 2020 11:36

Premyer Liqadan sonra 1-ci divizionda da mübarizənin başlaması gündəmdədir.

Qol.az xəbər verir ki, bunun üçün ilk növbədə komandalar məşqlərə start verməlidirlər. “Kəpəz” artıq bu istiqamətdə addımlar atmağa başlayıb.

Gəncə klubunun rəhbərliyi və əsas komandanın məşqçilər korpusu klubun ev oyunlarını keçirdiyi şəhər stadionunda bir araya gəlib. Əvvəlcə baş məşqçi Yaşar Vahabzadə və köməkçiləri ilə bir müddət öncə əldə olunan 1 illik razılaşma rəsmiləşdirilib.

Yeni mövsümlə bağlı görüşdə gələcək planlar müzakirə olunub. Transfer çalışmaları, təlim-məşq toplanışının təşkili yönündə fikir mübadiləsi aparılıb.

 


Etiketlər:  Kəpəz rəhbərliyi Yaşar Vahabzadə ilə görüşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ