Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2019 12:08
Mövsümün sonunda "Səbail”dən ayrılan Tome Kitanovski karyerasını Albaniyada davam etdirəcək.
Qol.az xəbər verir ki, 27 yaşlı müdafiəçi yüksək liqada çıxış edən “Kukesi”yə keçib. Klubun rəsmi saytı makedoniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Kitanovski ötən mövsüm “Səbail”də 23 oyunda 1 qol vurub.