Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə 32 hərbçi saxlanıldı

Türkiyədə 32 hərbçi saxlanıldı

Tarix: 24 Iyun 2019 13:20

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ankarada FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində 32 hərbçi saxlanılıb.

Trend-in məlumatına görə, saxlanılanların ayrı-ayrı hərbi strukturların əməkdaşları olduğu bildirilir.

Araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu məlum olub.

Son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1076 hərbi qulluqçu xaric edilib.

Qeyd edək ki, Fətullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.


Etiketlər:  Türkiyədə 32 hərbçi saxlanıldı


RƏYLƏR