Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kolumbiyada naməlum şəxslər polis məntəqəsi yaxınlığında qumbara partladıblar

Kolumbiyada naməlum şəxslər polis məntəqəsi yaxınlığında qumbara partladıblar

Tarix: 14 Avqust 2020 07:06

Bakı. Trend:

Kolumbiyanın qərbində naməlum şəxslər polis məntəqəsi yaxınlığında qumbara partladıblar.

Trend TASS-a istinadən xəbər verir ki, partlayış nəticəsində ən az 13 nəfər yaralanıb.

Məlumata görə, hadisə Vale-del-Kauka departamentinin paytaxtı Kali şəhərində baş verib.

Bir uşaq və iki polis də daxil olmaqla zərərçəkənlər xəstəxanalara çatdırılıb. Səlahiyyətlilər hadisə ilə əlaqədar istintaq aparır.


Etiketlər:  Kolumbiyada naməlum şəxslər polis məntəqəsi yaxınlığında qumbara partladıblar


RƏYLƏR