Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Çelsi" Lempardın təyinatını nə vaxt açıqlayacaq?

Tarix: 24 Iyun 2019 13:32

Mauritsio Sarri ilə yollarını ayıran "Çelsi"nin yeni baş məşqçisi bu həftə məlum olacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubunu sabiq futbolçusu Frenk Lempard çalışdıracaq. Son olaraq, "Derbi Kaunti" klubuna başçılıq edən gənc mütəxəssisin təyinatının 48 saat içində açıqlanacağı gözlənilir. "Çelsi" rəhbərliyi qarşı tərəflə təzminat məsələsini həll etdikdən sonra Lempardı ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, "Derbi Kaunti" Lempard üçün "Çelsi"dən 4.5 milyon avro təzminat tələb edir.

 


Etiketlər:  Çelsi Lempardın təyinatını vaxt açıqlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ