Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2019 14:12
Bakı. Trend:
İyunun 25-27-də Çində yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, beynəlxalq turnirdə qızlardan ibarət komandamızın üzvlərindən Arzu Aslanova, Mərziyyə Nürmətova, Ləman Abdülhəmidova, Mehriban Dadaşova iştirak edəcəklər. Oğlanların yarışında isə Adil Əhmədzadə, Hüseyn Eylazov, Emin Məmmədov, Kənan Pənahov mübarizə aparacaqlar.
Stolüstü tennisçilərimiz iyunun 12-dən 22-dək Çində təlim-məşq toplanışında iştirak ediblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin