Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2020 15:40
Bakı. Trend:
2013-2018-ci illərdə ölkə çempionumuz “Qarabağ”ın heyətində çıxış edən İbrahim Şehiçin yeni klubu bəlli olub.
Trend-in məlumatına görə, bu mövsüm Superliqaya yüksələn, “Ərzurumspor”un heyətində çıxış edən və müqaviləsi başa çatan bosniyalı qolkiper “Konyaspor”la razılıq əldə edib.
İbrahim Şehiç yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Konyaspor"un baş məşqçisi 2009-2010-cu ildə "Bakı" komandasına da rəhbərlik etmiş Bülent Korkmazdır.