Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası" təsdiqləndi

Tarix: 14 Avqust 2020 20:26

"Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası" təsdiq edilib.

Milli.Az bildirir ki, bununla bağlı Baş Nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Mərkəzi Bank ipoteka kağızının elektron sistemi fəaliyyətə başlayana qədər dövriyyədə olan daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızları barədə sənədlərin və elektron formada olan məlumatların 6 (altı) ay müddətində İqtisadiyyat Nazirliyinə verilməsini təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi dövriyyədə olan daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızları, habelə həmin ipoteka kağızlarında dəyişiklik edilməsi və onlara xitam verilməsi barədə məlumatların ipoteka kağızının elektron sistemində yerləşdirilməsini təmin etməlidir.

Qərar müvafiq elektron sistemin fəaliyyətə başlaması ilə eyni gündə qüvvəyə minir.

Milli.Az


Etiketlər:  Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ