Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın rəqibi doğma meydanda xal itirdi

Tarix: 14 Avqust 2020 22:36

"Qarabağ"ın Çempionlar Liqasının l təsnifat mərhələsindəki “Sileks” Şimali Makedoniya çempionatında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda 2-ci turda “Pelister”i qəbul edib. Matç 2:2 hesabı ilə başa çatıb.

Bu görüşdən sonra xalını 4-ə yüksəldən “Sileks” hazırda turnir cədvəlində liderdir. Eyni sayda xalı olan “Pelister” 2-ci yeri tutur.

Qeyd edək ki, “Sileks” ilk turda “Bealista”nı 6:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Sileks” matçı 18 avqust 20:00-da başlayacaq.

 


Etiketlər:  Qarabağın rəqibi doğma meydanda xal itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ