Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqası: ''Bavariya'' ''Barselona''nın qapısından 8 top keçirdi

Çempionlar Liqası: ''Bavariya'' ''Barselona''nın qapısından 8 top keçirdi

Tarix: 15 Avqust 2020 01:00

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının 1/4 mərhələsi çərçivəsində Almaniyanın "Bavariya" və İspaniyanın "Barselona" klubları üz-üzə gəlib.

Trend-in məlumatına görə, görüş Almaniya təmsilçisinin 8:2 hesablı qələbəsi ilə başa çatıb.

"Bavariya"nın heyətində Tomas Müller (2), İvan Perişiç, Serj Qnabri, Coşua Kimix, Robert Levandovski və Felipe Koutinyo (2), "Barselona"dan isə Luis Suares və David Alaba (avtoqol) fərqləniblər.

Beləliklə, "Bavariya" UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.


Etiketlər:  Çempionlar Liqası Bavariya Barselonanın qapısından keçirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ