Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 22:48
Kompüter istifadəçilərinin müxtəlif xətalarla üzləşməyi onlar üçün problemlərə səbəb olur.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, əsasən çatışmayan fayllara görə baş verən bu problemin fərqli üsullarla öhdəsindən gəlmək mümkündür. İKT mütəxəssisi Elşən Qurbanovla birlikdə həll yollarını sizə təqdim edirik.
Onun sözlərinə görə bunun üçün ilk olaraq "dll" terminin nə olduğunu bilmək lazımdır.
""Dll" bir fayl uzantısıdır. Dynamic Link Library sözlərinin baş hərflərindən yaradılan bir qısaltmadır.
Dll faylları nə edir?
Windows-a əsaslanan sistemin problemsiz işləməsi üçün proqramların ehtiyac duyduğu əsas fayllar "icra olunan fayllar" və ya "proqram faylları" adlanır. İcra olunan fayllar ".exe" uzantısı olan fayllardır.
Misal üçün; İexplore.exe faylı, Internet Explorer brauzerini işə salmağınıza imkan verən icra olunan bir sənəddir.
"Dll faylları isə Windows əməliyyat sisteminə aid proqramlar üçün funksiya kitabxanalarıdır. Proqramlar lazım olduqda bu kitabxanalardan istifadə etməklə proqramlaşdırılmış işləri yerinə yetirirlər. İstifadə etdiyiniz proqramların tələb etdiyi dll faylları (dinamik bağlantı kitabxanaları) itərsə və ya zədələnirsə, "Dll faylı tapılmadı", "Dll faylı pozulub və ya itib" kimi xətalarla qarşılaşacaqsınız".
Elşən Qurbanov bildirir ki, daha çox proqram və oyun yükləyərkən və ya onları işlədərkən d3dx9_39.dll xətasına rast gəlinir. "Faylın olmaması səbəbindən meydana gəldiyinə görə, çatışmayan faylı tamamlayaraq həll yolunu tapmaq mümkündür. Bunun üçün bəzi tətbiqləri nəzərdən keçirməliyik.
Prosesləri tədricən tətbiq etməklə d3dx9_39.dll xətasını düzəldə və proqramları yenidən belə bir problemlə üzləşmədən işlədə bilərsiniz.
Əvvəlcə d3dx9_39.dll faylını internetdən yükləməlisiniz. -Sonra bu faylı zipdən çıxarın.- d3dx9_39.dll faylını C: / windows / system32 qovluğuna əlavə edin.
Bu əməliyyatı edərkən kopyaladığınız eyni fayl xəbərdarlığını alsanız "bəli" deyə bilərsiniz.
Bütün bu prosesləri başa vurduqdan sonra bu kodu "run" bölməsinə daxil olaraq yazın.
"Regsvr32 d3dx9_39.dll" OK hissəsinə kliklədikdən sonra prosesi bitirə bilərsiniz. Bu halda tətbiqi və ya oyunları etibarlı şəkildə işlədib istifadə etmək olar".
Bu metoddan əlavə, digər üsulu da tətbiq edə bilərsiniz. Bunun üçün oyun və ya tətbiqi silə və yenidən yükləyə bilərsiniz. Çünki bəzi sistemlərdə yenilənmə avtomatik olaraq baş verir, buna görə də bu fayl eyni şəkildə sistemə yenidən daxil edilə bilər. Bu şəkildə proqramı və ya oyunu heç bir problem olmadan etibarlı şəkildə işlədə bilərsiniz.