Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Uotford'' yeni baş məşqçi gətirdi

''Uotford'' yeni baş məşqçi gətirdi

Tarix: 16 Avqust 2020 13:12

İngiltərənin "Uotford" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, komandanı serbiyalı mütəxəssis Vladimir İviç çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 43 yaşlı məşqçi ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.

Xatırladaq ki, "Uotford" başa çatan mövsümdə Premyer Liqada 38 turdan sonra 34 xal toplayaraq 19-cu yeri tutub. Komanda bu nəticə ilə Premyer Liqanı tərk edib və növbəti mövsümdən Çempionşipdə mübarizə aparacaq.

Qeyd edək ki, 2013-cü ildən məşqçi kimi işləyən V.İviç karyerası ərzində yalnız "Makkabi" (İsrail) və PAOK"u (Yunanıstan) çalışdırıb. O, bu komandalarla titul qazanmağı da bacarıb.


Etiketlər:  Uotford yeni baş məşqçi gətirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ