"Qalatasaray" komandanın üzvlərindən götürülən növbəti koronavirus testinin nəticələrini açıqlayıb.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, testin nəticələrinə əsasən, bundan əvvəl koronavirusa yoluxan 2 futbolçuda bu dəfə nəticə neqativ olub.
Klub ümumiyyətlə, götürülən bütün test nümunələrin mənfi çıxdığını bildirib.