Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gömrükçülər bəyan olunmayan malları müsadirə ediblər

Gömrükçülər bəyan olunmayan malları müsadirə ediblər

Tarix: 17 Avqust 2020 18:45

Bakı. Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Man" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanlarına bəyan olunmayan 34 ədəd müxtəlif kosmetik vasitə və ləvazimatları, elektron siqaret aparatları, 80 ədəd elektron siqaret aparatları üçün təmizləmə çubuğu, 6 flakon dərman preparatı, 1 ədəd "Apple" markalı qol saatı, 756 həb baytarlıq preparatı, 2 ədəd qadın üçün gödəkçə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Gömrükçülər bəyan olunmayan malları müsadirə ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ