Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır - “Hədəf”də TƏHLİL

Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır - “Hədəf”də TƏHLİL

Tarix: 17 Avqust 2020 22:57

Bakı. Trend:

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın BBC-nin “HARD talk” proqramındakı rüsvayçılığı, Ermənistan cəmiyyətinin təzyiqləri ilə üzləşməsi məsələsi müzakirə olunub.

Verilişin qonaqları, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev və “Turan” İnformasiya Agentliyinin baş redaktoru Şahin Hacıyev son vaxtlar Ermənistan rəhbərliyinin sərsəm açıqlamaları, rəsmi İrəvanın işğalçılıq siyasətinin bölgədəki sülhə zərbəsi, düşmən ölkə daxilindəki siyasi və sosial gərginliyi şərh ediblər. “Hədəf”də bildirilib ki, “HARD talk” verilişində Nikol Paşinyan acınacaqlı duruma düşdü ki, bu da gözlənilən idi. Çünki, Ermənistan rəhbəri yenidən uydurma erməni nağıllarını sadalamaq istədi. Buna da verilişin aparıcısı imkan vermədi, Paşinyandan həqiqətlərdən danışmaq tələb edildi. İşğalçı ölkə rəhbərinin isə danışmağa həqiqətləri olmadığı üçün, verilişdə çıxılmaz vəziyyətə düşməsi təbiidir. Bununla yanaşı, “Hədəf”də vurğulanıb ki, Dağlıq Qarabağ separatçılarının “rəhbəri” Araik Arutunyanın son açıqlaması “qırmızı xətti” nümayişkaranə şəkildə pozmaqdır. Bildirilib ki, Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Bu səbəbdən də işğalçı təxribatlarını davam etdirir, sülh danışıqlarında maraqlı olmadığını açıq formada göstərir.

“Hədəf”in tam versiyasını “YouTube” kanalımızdan izləyə bilərsiniz. https://www.youtube.com/watch?v=DqTZvFgANig

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az


Etiketlər:  Azərbaycanın beynəlxalq mövqelərinin daha güclənməsi Ermənistanı qıcıqlandırır Hədəfdə TƏHLİL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ