Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 06:08
Bakı. Trend:
Filippin sahillərində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Leqaspi şəhərindən 124 km cənubda və paytaxt Maniladan 442 km cənub-şərqdə yerləşib.
Yeraltı təkanların ocağı 15 km dərinlikdə olub.
Xəsarət alan, dağıntı və ya sunami təhlükəsi barədə məlumat verilməyib.