Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 12:16
Bakı. Trend:
Türkmənistanda istehsal olunan propileninin növbəti partiyası Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyəyə çatdırılıb.
"ADY Konteyner"dən Trend-ə verilən məlumata görə, propilenin yükləndiyi 40 konteynerdən ibarət blok qatarın “Türkmənbaşı-Mersin” marşrutu üzrə operatoru Azərbaycanın “ADY Konteyner”, Gürcüstanın GR Logistics və Türkiyənin Pasifik Eurasia Lojistik şirkətləridir.
40 və 45 futluq konteynerlər Türkmənbaşı limanından Bakıya operatoru “Azərbaycan Dəmir Yolları “ QSC-nin törəmə şirkəti olan "ADY Konteyner" olan “Balkan” fider gəmisi ilə çatdırılıb. Konteynerlər Ələt Limanında aşırıldıqdan sonra, platformalara yüklənərək Türkiyəyə yola salınıb.
Bu, Türkmənistan propilenini Türkiyəyə daşıyan üçüncü konteyner blok qatarıdır. Digər blok qatarlar da hər biri 40 və 45 futluq olmaqla 40 konteynerdən ibarət olub.