Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 17:48
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen dizindən əməliyyat olunub.
Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Onun təxminən 2 ay yarım yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Qeyd olunub ki, əməliyyat 28 yaşlı qolkiperin sağ dizindəki problemlərin qarşısını almağa kömək edəcək ehtiyat tədbiri olaraq həyata keçirilib.
Qeyd edək ki, Ştegen 2019/2020 mövsümündə 46 matçda 50 qol buraxıb və 17 görüşdə qapısını toxunulmaz saxlayıb.