Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avroliqada həftənin oyunçusu

Avroliqada həftənin oyunçusu

Tarix: 18 Avqust 2020 19:26

Avropa Liqasında həftənin oynusunun adına aydınlıq gəlib.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, “İnter”in hücumçusu Lautaro Martines bu ada layiq görülüb. O, komanda yoldaşı Romelu Lukakunu, “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşi və “Sevilya”nın qapıçısı Yassin Bununu qabaqlayıb.

22 yaşlı hücumçu bu həftə turnirin yarımfinalında “Şaxtyor”la matçda (5:0) 2 qol və 1 qol ötürməsi ilə yadda qalıb. Argentinalı oyunçu görüşün 19 və 74-cü dəqiqələrində fərqlənməklə və 78-ci dəqiqədə qol ötürməsi verməklə komandasının finala çıxmasında pay sahibi olub.

Qeyd edək ki, “İnter” Avropa Liqasının finalında “Sevilya” ilə qarşılaşacaq. 21 avqustda oynanılacaq həlledici görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək.


 

 


Etiketlər:  Avroliqada həftənin oyunçusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ