Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2020 08:52
Bakı. Trend:
Tayvanın cənub-qərbində maqnitudaları 4.2 ilə 4.7 arasında dəyişən üç zəlzələ olub.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə adanın seysmoloji xidməti məlumat yayıb.
Zəlzələlərin episentri təxminən bir nöqtədə - Tainan şəhərindən 33 km şimal-şərqdə, mərkəzləri 10-11 km dərinlikdə yerləşib. Təkanlar Tainan, Szai, Qaosyun, Yunlin, Nantou və Çjanxua əyalətlərində hiss edilib.
İtki və dağıntı barədə məlumat verilməyib.
Xatırladaq ki, 23 milyon əhalisi olan Tayvan adası Şərqi Asiyanın seysmik aktiv zonasında yerləşir.