Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda qalan daha 119 Azərbaycan vətəndaşı gətirilir

Gürcüstanda qalan daha 119 Azərbaycan vətəndaşı gətirilir

Tarix: 19 Avqust 2020 11:02

Gürcüstandan Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, artıq növbəti təxliyə prosesi başlayıb.

Bu gün daha 119 Azərbaycan vətəndaşının Gürcüstandan təxliyə edilməsi planlaşdırılır. Bundan başqa, təxliyə edilənlər arasında Rusiya və Gürcüstan vətəndaşlarının da olduğu bildirilir.

Təxliyə olunacaq şəxslər artıq Tbilisidə COVID-19 testindən keçiriliblər. Testi neqativ çıxan şəxslər ayrılmış xüsusi avtobuslarla "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinə gətirilirlər.

Qeyd edək ki, qaydalara əsasən ölkəyə gələn vətəndaşlardan koronavirus testi neqativ çıxanlar karantində saxlanılmır.


Etiketlər:  Gürcüstanda qalan daha Azərbaycan vətəndaşı gətirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ