Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millətlər Liqası ləğv olunmayacaq

Millətlər Liqası ləğv olunmayacaq

Tarix: 19 Avqust 2020 15:48

Azərbaycan milli komandasının da iştirak edəcəyi UEFA Millətlər Liqası ləğv edilməyəcək.
 
Qol.az "Sport-ekspress" nəşrinə istinadən xəbər verir ki, UEFA dünən gecə və bu gün səhər saatlarında milli federasiyalarla məsləhətləşib və turniri ləğv etməmək barədə qərar qəbul edib.

"Böyük beşlik" ölkələrinin təmsilçilərinin sıx qrafik səbəbindən Millətlər Liqasının oyunlarının 2020-ci ildə keçirilməsini istəmədiyi iddia edilirdi. Bu halda yığmalar bir ildən çox görüş keçirməyəcəkdi. Ancaq əksər federasiyalar bununla razılaşmayıblar. Buna görə də UEFA-nın turniri davam etdirəcəyi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa qarşı keçirəcək.

 


Etiketlər:  Millətlər Liqası ləğv olunmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ