Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Superkubok matçına az sayda azarkeş buraxıla bilər, Millətlər Liqasında isə..

Superkubok matçına az sayda azarkeş buraxıla bilər, Millətlər Liqasında isə..

Tarix: 19 Avqust 2020 20:18

Bu gün UEFA və ona üzv olan 55 milli assosiasiyanın baş katibləri arasında videokonfrans formatında iclas keçirilib.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda azarkeşlərin avrokubok matçlarına tədricən qayıdışı məsələsi müzakirə olunub. Azarkeşlərin sentyabrın əvvəlində keçiriləcək Millətlər Liqası matçlarında iştirak etməsinə icazə verməyin hələ tez olduğunu və bunun üçün əvvəlcə test oyunlarının keçirilməsinin vacibliyi vurğulanıb. Ancaq sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək UEFA Superkuboku matçında stadiona az sayda azarkeş buraxıla biləcəyini qeyd olunub.

Qeyd edək ki, Azərbaycan millisi  Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa qarşı keçirəcək.

 


Etiketlər:  Superkubok matçına sayda azarkeş buraxıla bilər Millətlər Liqasında isə


RƏYLƏR