Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÇL-in oyunu koronavirusa görə təxirə salındı

ÇL-in oyunu koronavirusa görə təxirə salındı

Tarix: 20 Avqust 2020 08:50

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin  "Klaksvik" (Farer adaları) - "Slovan" (Slovakiya) oyunu təxirə salınıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, buna səbəb Slovakiya klubunda koronavirus infeksiyasının aşkarlanması olub.

Virusa yoluxduğu üçün futbolçularından birini səfərə aparmayan "Slovan" Farer adalarında yenidən testdən keçib. Komandanın fizioterapevtinin yoluxduğu məlum olub. Buna görə də UEFA Farer adalarına gələn bütün komandanın 14 günlük karantinə alınmasını qərara alıb. Oyun isə avqustun 21-nə təyin edilib. Lakin bu görüşdə "Slovan"ın yalnız əvəzedici komandası çıxış edə bilər.

Bu isə o deməkdir ki, əvəzedici komanda sabah keçiriləcək oyun üçün Farer adalarına yollanmalıdır. UEFA əvəzedici komandadan 13 oyunçusunun sifariş edilməsinə və başqa təyyarə ilə Farer adalarına aparılmasına razılıq verib. "Slovan" bundan imtina etsə, komandaya texniki məğlubiyyət veriləcək.


Etiketlər:  oyunu koronavirusa görə təxirə salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ