Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 11:26
"Şerif"in baş məşqçisi Zoran Zekiç Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Fola Eş" üzərində 2:0 hesablı qələbədən sonra fikirlərini bildirib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, komandasını qələbə münasibətilə təbrik edən xorvat mütəxəssis növbəti mərhələdə qarşılaşacaqları "Qarabağ" haqda da danışıb: "Komandanı qələbə münasibəti ilə təbrik edirəm. Bilirəm ki, çətin idi. Qarşıdakı oyunda nəyəsə nail olmaq istəyiriksə, həm müdafiədə, həm də hücumda daha yaxşı oynamalıyıq. 1-ci turda qalib gəldiyim mənim üçün vacib idi və ümid edirəm ki, Bakıda daha yaxşı oynayacağıq".
O, Ağdam klubunun "Foul Eş"dən daha güclü olduğunu söyləyib: "Ümid edirəm ki, ötən mövsüm olduğu kimi səfərdə də daha yaxşı oynayacağıq. İlk oyunu təhlil etməli və növbəti oyuna hazırlaşmalıyıq. "Qarabağ" la matçdan əvvəl çox az vaxtımız var. Belə bir rəqibə qarşı ciddi oyun nümayiş etdirməliyik".
Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" oyunu saat 20:00-da start götürəcək.