Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Robinhood 11.2 milyard dollarlıq bazar dəyərinə çatdı

Robinhood 11.2 milyard dollarlıq bazar dəyərinə çatdı

Tarix: 20 Avqust 2020 23:56

Birjada sıfır komissiya ilə əməliyyat etmək imkanı verən Robinhood startapı 200 milyon dollar investisiya əldə edib. Şirkətin dəyəri bu investisiya ilə 11.2 milyard dollara qədər yüksəlib.

Robinhood aldığı son investisiyanı məhsulun keyfiyyətini artırmaq və müştəri xidmətini daha da yaxşılaşdırmaq üçün istifadə edəcəyini bildirib. Qısa müddət sonra Amerika birjalarında özünə yer tutacağı söylənilən startapın özəlliklə pandemiya dövründə daha çox qazanan startaplardan olduğunu da unutmayaq.

Robinhoodun may ayında 3 milyon istifadəçiyə çatdığı bildirilmişdi. 3-cü rübdə həm istifadəçi sayı, həm də platformada edilən əməiyyatların dövriyyəsi artım göstərib. Mart ayında bir neçə gün texniki problemlər yaşayan Robinhoodun istifadəçisi olan 20 yaşlı Alexander Kearns adlı tələbə texniki problemlər səbəbindən hesabında 730 min dollarlıq borcu görüb intihar belə etmişdi. Bu hadisədən sonra Robinhood tətbiqin istifadəçi interfeysində bir sıra dəyişikliklər etmişdi.

Bütün bunlara baxmayaraq Robinhood istər pandemiya dövründə aldığı investisiya ilə istərsə də bir sıra böyük şirkətlərdən daha çox bazar dəyərinə malik olmasıyla diqqət çəkir.


Etiketlər:  Robinhood milyard dollarlıq bazar dəyərinə çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ