Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 5 komanda növbəti mərhələyə yüksəldi - Avroliqa

Daha 5 komanda növbəti mərhələyə yüksəldi - Avroliqa

Tarix: 21 Avqust 2020 01:06

Avropa Liqasında 2020/21 mövsümünün ilkin mərhələsinin oyunları davam edir.
 
Qol.az xəbər verir ki, 2-ci oyun günündə daha 5 görüş keçirilib. Qələbə qazanan B-36, “Runavik”, "Qlentoran", "Kolreyn" və "İskra" 1-ci təsnifat mərhələsinə vəsiqə əldə ediblər.

“Tre Penne” (San-Marino) - “Qjilani” (Kosovo) matçında isə qonaq komandanın futbolçusunda koronavirus aşkarlandığı üçün görüş təxirə salınıb.

20 avqust

"Sent Cozefs" (Cəbəllütariq) - "B-36" (Farer adaları) 1:2
Qollar
: Boro, 30 - Przibilski, 28, Mellemqaard, 43-pen
 
"Runavik" (Farer adaları) - "Barri Taun" (Uels) - 5:1
Qollar:
Olsen, 52, 63, 74, Knudsen, 67, Lokin, 83 - Maklaqqon, 88
 
"Santa Koloma" (Andorra) - "İskra" (Monteneqro) 0:0 (penaltilər 3:4)
 
"Qlentoran" (Şimali İrlandiya) – "Torşavn" (Farer adaları) 1:0
Qol:
Makdaid, 42
 
"Kolreyn" (Şimali İrlandiya) - "La Fiorita" (San-Marino) 1:0
Qol
: Maklauqlin, 89
 
Tre Penne (San-Marino) – Qjilani (Kosovo) oyunu təxirə salınıb

 


Etiketlər:  Daha komanda növbəti mərhələyə yüksəldi Avroliqa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ