Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aşura mərasiminin izdihamla keçirilməsi virusun geniş yayılmasına səbəb ola bilər

Aşura mərasiminin izdihamla keçirilməsi virusun geniş yayılmasına səbəb ola bilər

Tarix: 21 Avqust 2020 08:12

Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, virusun geniş yayılmasına, vəziyyətin yenidən pisləşməsinə, karantin rejiminin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər.

Sonxeber.net bildirir ki, bu fikri Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, dövlətimiz tərəfindən pandemiyanın qarşısının alınması, vətəndaşların təhlükəsizliyi və sağlamlığının qorunması üçün lazımi tədbirlər görülür. Bütün dünyada, o cümlədən Azərbaycanda xəstəliyin geniş yayılmaması üçün kütləvi tədbirlər qadağan olunub. Lakin təəssüf ki, xəstəliyə yoluxma halları davam etməkdədir. Odur ki, hər bir vətəndaş, o cümlədən dindarlar Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qayda və tələblərə əməl etməli, kütləvi mərasimlər təşkil olunmamalıdır.

Bu il pandemiya ilə əlaqədar Azərbaycanda Ramazan və Qurban bayramları ilə əlaqədar məscidlərdə ənənəvi bayram namazlarının da qılınmadığını qeyd edən dini icmanın sədri xalqımızın hazırkı çətinliyi geridə qoyacağına, dini tədbirlərini növbəti illərdə davam etdirəcəyinə əminliyini bildirib.


Etiketlər:  Aşura mərasiminin izdihamla keçirilməsi virusun geniş yayılmasına səbəb bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ