Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 10:40
Fransanın "Marsel" klubunun kapitanı Dmitri Payet koronavirusa yoluxub.
Qol.az "RMC Sport"a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin testi müsbət nəticələnib.
Daha əvvəl klubun digər üzvləri Stiv Mandanda, Maksim Lopes, Valenten Ronjye və Cordan Amavidə virus aşkarlanmışdı.
Bu səbəbdən Fransa çempionatının ilk turunda bu gün keçirilməsi planlaşdırılan "Marsel" - "Sent-Etyen matçı təxirə salınıb.
Qeyd edək ki, Fransa millisinin də üzvü olan Payet son mövsüm 27 oyuna 12 qol vurub.