Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 15:08
Komandamın birinci hissədəki çıxışından razı qaldım. Ancaq şansları dəyərləndirə bilmədik.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Keşlə"nin Avropa Liqasının 1-i təsnifat mərhələsindəki rəqibi "Laçi"nin baş məşqçisi Armando Kunqu "Apoloniya" ilə keçirilən yoxlama görüşündən sonra deyib.
Albaniyalı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "Panorama" nəşrinə açıqlamasında qısaca olaraq "Keşlə" ilə keçiriləcək oyundan da danışıb: "Bilirik ki, azərbaycanlılara qarşı işimiz çətin olacaq. Amma oyunumuzu emosional yüklər olmadan keçirəcəyik".
Xatırladaq ki, avqustun 27-də "Ask Arena"da "Keşlə" - "Laçi" oyunu saat 21:00-da başlayacaq.