Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 17:34
İkinci dalğa olarsa, Azərbaycan bu mübarizəyə daha təcrübəli şəkildə qoşulacaq.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Operativ Qərargahın birifində açıqlamasında ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.
Onun sözlərinə görə, xəstəxanalar bütün lazımı dərmanlarnan təchiz olunub: "Biz pandemiya başlayandan etibarən dövlətimizin dəstəyini tam hiss etmişik. Bildiyimiz kimi reanimasiya şöbəsində çox bahalı dərmanlardan istifadə olunur. Bunların hamısı dövlət tərəfindən xəstəxanalarda təmin olunub. Payız və qış aylarında deyildiyi kimi ikinci dalğa yəni yoluxmada kəskin artım olarsa, biz artıq bu mübarizəni daha təcrübəli şəkildə davam edə biləcəyik".