Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Anamın ikinci dəfə ərə getdiyi adam gərəksiz biridir'' - Səidədən etiraflar

''Anamın ikinci dəfə ərə getdiyi adam gərəksiz biridir'' - Səidədən etiraflar

Tarix: 21 Avqust 2020 18:25

"Özümü güclü bilirdim, zəiflədim. Özümə dedim ki, toparlan, atan səni belə görmək istəmir. Kənardan adamı müzakirə etmək, qınamaq asandır. Deyirlər, Səidə gülür, danışır. Məni sevənlər bilir ki, nələr çəkirəm. Hamı bilir ki, atama necə bağlı olmuşam. Onunla yaşamışam. Onun acı sözü belə şirin idi. Bəzənib nəyisə göstərməyimin səbəbi başqadır".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə dadaşova deyib. "Həyat, sevgi və göz yaşları" proqramında qonaq olan sənətçi atasından söz açıb.

Səidə R.Dadaşovun həyat yoldaşına şiddət göstərməsi haqda söz-söhbətlərə cavab verib:

"Mənə şər-böhtan atıb, ünvanıma çirkab sözlər deyirlər, gözdən salmağa çalışırlar. Amma yetimin də Allahı var. Atam haqqında çox şey danışırdılar. Deyirdilər, guya şiddət göstərib. Nə məcbur edirdi atamın yanında qalırdın? Əgər bunu istəmirsənsə, nə gəzirsən? Mən bir insanı sevmirəmsə, niyə ondan söhbət açım? hansı ailədə söz-söhbət olmur? Xalqın sevdiyi birini gözdən salmaq olmaz. Atam hər zaman məni qoruyurdu. deyirdi, qızımı çirkaba batırmayın, çünki məni öldürmüş olursunuz. Deyirdi, qızıma toxunduqca, məni məhv edirsiz (ağlayır)".

Anası ilə münasibətlərindən danışan müğənni bunları əlavə edib:

"Mənimlə anamın şəkillərini yayıb, deyirlər yalanı ifşa edildi. Pərdə arxasındakı məqamları bilmirsiz. Anam 15 yaşımdan yanımda olub. Danmıram ki, anam olmayıb... Sadəcə alınmadı... Anamın ikinci evliliyindən olan uşağa atam soyadını verdi. Necə mənim atam mərhəmətsiz ola bilər? Atam sənə sillə vurub, döyübsə, niyə yanında idin? Anamın o uşağının atası gərəksiz adamdır, heç haradadır bilinmir. Allah onu islah etsin. Nəyəsə göz yumurduqsa, anamıza görə edirdik. Heç vaxt demirdim, ana, niyə ikinci dəfə ailə qurdun? Heç kimə qarşı deyiləm, sadəcə, atamı xoşbəxt görmək istəyirdim".


Etiketlər:  Anamın ikinci dəfə ərə getdiyi adam gərəksiz biridir Səidədən etiraflar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ