Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 22:27
İmmunoloq Nikolay Kryuçkov hesab edir ki, ikinci koronavirus infeksiyası ilk hadisədən iki-üç ay sonra baş verə bilər.
Sonxeber.net xəbər verir ki, həkim immuniteti çox əzif olan insanların ikinci dəfə xəstələnmək riskinin yüksək olduğunu qeyd edib:
"Bir sıra insanlarda antikorların səviyyəsi xəstələndikdən sonra çox tez düşür. İki-üç ay keçir və antikorların səviyyəsi azalır" , - Kryuçkov "Moskva danışır" radiostansiyasının efirində deyib.
Həkim bildirib ki, mütəxəssislər bu fenomenin səbəbini hələ müəyyənləşdirməyiblər.
Kryuçkovun sözlərinə görə, təkrar infeksiyanın olma ehtimalı antikorların yüksək səviyyədə orqanizmdə nə qədər davam edəcəyinə bağlıdır. Əksəriyyət insanda antikorlar uzun müddət davam edir. İmmunoloq qeyd edib ki, yenidən xəstələnmək riski müəyyən bir bölgədə koronavirus hallarının sayından asılıdır. (publika.az)