Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Smartfonlar üçün “Chrome” brauzeri istifadəçilərin şifrlərini özü yoxlamağa başlayıb

Smartfonlar üçün “Chrome” brauzeri istifadəçilərin şifrlərini özü yoxlamağa başlayıb

Tarix: 22 Avqust 2020 08:52

Smartfonlar üçün "Chrome" brauzeri, daha dəqiq onun "Canary" versiyası istifadəçilərin şifrlərini təhlükəsizlik baxımından yoxlamağa başlayıb. Proqram şifrləri internetə sızmış məlumat bazalarında axtaracaq.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, brauzerin sazlamalarında yeni "Bulk password check" seçimi əlçatan olub. Bu seçimi aktivləşdirdikdə "Chrome" brauzeri bütün saxlanmış parolları yoxlaya biləcək. Brauzer bəzi şifrlərə müdaxilə edildiyini aşkar etdikdə bu haqda xəbərdarlıq edəcək.
 
Əgər yeni funksiyanı yoxlamaq istəyirsinizsə, onda "Play Store"dən "Google Chrome Canary"nin son versiyasını yükləmək lazımdır.


Etiketlər:  Smartfonlar üçün Chrome brauzeri istifadəçilərin şifrlərini özü yoxlamağa başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ