Tarix: 22 Avqust 2020 10:54
PSJ-nin zədəli qapıçısı Keylor Navas sağalıb.Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, 33 yaşlı qolkiperin Çempionlar Liqasının finalında “Bavariya” ilə matçda meydanda olacağı gözlənilir. O, 1/4 finalda “Atalanta” ilə oyunda zədələmişdi.
Bundan başqa “Bavariya”nın yarımfinalda “Lion”la matçda (3:0) xəsarət alan müdafiəçisi Jeremi Boatenq də sağalıb. 31 yaşlı futbolçu turnirin həlledici görüşündə iştirak edə bilər.
Qeyd edək ki, sabah Lissabonda “Estadio da Luz” stadionunda keçiriləcək PSJ - “Bavariya” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.